COP29

“İlk oyundakı hesabı unutmasaq, işimiz çətin olacaq” – 4:0-dan sonrakı açıqlama

1 Avqust 17:40 Zirə 498
“İlk oyundakı hesabı unutmasaq, işimiz çətin olacaq” – 4:0-dan sonrakı açıqlama

Ölkəmizi Konfrans Liqasında təmsil edən “Zirə” bu gün növbəti sınaq qarşısındadır.

“Qartallar” ötən həftə “Dalğa Arena”da 4:0 hesabı ilə məğlub etdikləri “DAC 1904”lə səfərdə üz-üzə gələcək.

Təbii, 4 top fərqi futbolda böyük üstünlük sayılır və müəyyən mənada növbəti mərhələnin təmin olunması deməkdir.

Lakin unutmayaq ki, oyunun əvvəli həssas məqam sayılacaq. Meydan sahibləri erkən qol vurub davamını gətirə bilsələr, “Zirə”nin işi xeyli çətinləşəcək.

Komandanın əsas simalarından olan Pyer Zebli Sportinfo.az-a açıqlamasında cavab qarşılaşmasını bu cür şərh edib:

“Bakıdakı oyunda böyük iş görüb üstünlük qazandıq. Lakin heç bir halda 3-cü mərhələ haqda düşünə bilmərik.

Rəqib doğma meydanda, öz azarkeşlərinin qarşısında oynayır. Bu, onlar üçün böyük üstünlük olacaq. İlk görüşdəki hesabı unutmasaq, işimiz çətin olacaq.

Bu oyuna sıfırdan başlayırmışıq kimi yanaşıb, baş məşqçinin verəcəyi tapşırıqları yerinə yetirməliyik. Deyilənləri etsək, səbrli davransaq, hər şey yaxşı olacaq”.

Avqustun 1-də Bratislavadakı “MOL Arena” da keçiriləcək “DAC 1904” – “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti