COP29

“Zirə”nin matçında darmadağın görmüş adam

1 Avqust 16:00 Zirə 543
“Zirə”nin matçında darmadağın görmüş adam

“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “DAC-1904" (Slovakiyan) ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

UEFA avqustun 1-də Dunayska Stredada təşkil olunacaq görüşü Şimali Makedoniyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşün baş hakimi Yovan Kaçevski olacaq.

Ona Slaqjan Markoski, Branko Putilin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvana Proykovska yerinə yetirəcək.

İnternet qaynaqlarında doğum tarixi haqda heç bir məlumat olmayan makedoniyalı ədalət təmsilçisi avrokuboklarda ilk addımlarını atır.

Ölkəsinin yüksək liqa oyunlarına 2017-ci ildən təyinat almasına baxmayaraq, geridə qalan 7 ildə cəmi 58 qarşılaşmada komandaları meydana çıxarıb.

Avrokubok təcrübəsi də zəngin deyil. 2022-ci ildən dördüncü hakim kimi görəv aldığı 8 qarşılaşmanın cəmi 2-də meydanda yaşananlara birbaşa nəzarət edib.

Milli komandalar səviyyəsində U-17, U-19 və U-21-in oyunlarında fit çalıb ki, bir dəfə yolu bizimkilərlə kəsişib.

2023-cü ilin oktyabrında U-17-lər arasında Avropa çempionatının təsnifat mərhələsində səfərdə keçirilən Slovakiya – Azərbaycan görüşünü məhz Kaçevski idarə edib. Füzuli Məmmədovun rəhbərlik etdiyi yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub.

UEFA-nın Hakimlər Komitəsi Konfrans Liqasının təsnifat mərhələsində əsasən gənc və təcrübəsiz hakimlərə şans verdiyini nəzərə alsaq, bu təyinat sual doğurmamalıdır. Təcrübə toplasın, əsas odur “Zirə”yə ziyan vurmasın.

Avqustun 1-i keçiriləcək “DAK-1904" – “Zirə” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti