COP29

Həyəcan təbili çaldı: “Onlar qapımıza 5 top vura bilərlər”

1 Avqust 14:40 Zirə 3 842
Həyəcan təbili çaldı: “Onlar qapımıza 5 top vura bilərlər”

“Hələ heç nə bitməyib. Cavab görüşü bundan da çətin keçəcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin qapıçısı Tyaqo Silva “DAC 1904”lə cavab matçı haqda danışarkən deyib.

Avqustun 25-də Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutan ilk görüşdə zirəlilər rəqibinə göz açmağa imkan vermədən qapısından 4 top keçirmişdi.

Düşünmək olar ki, hesab cavab dueli öncəsi təmsilçimizə böyük üstünlük verir və növbəti qələbə şanslarını artırır.

Portuqaliyalı qapıçı oyunun onlar üçün asan keçəcəyini ağlının ucundan belə keçirmir:

“Bəlkə də çox insan bizdən 4 cavabsız top gözləmirdi. Amma bu, yaşandı. Deməli, onlar da heç kimin gözləmədiyi halda qapımıza 5 top vura bilərlər”.

Cavab oyunu fərqli olacaq. Rəqib ilk dəqiqələrdən təzyiq edəcək, böyük qüvvə ilə üstümüzə gələcəklər. Belə anlarda səbrli davranmağı bacarmalı, oyun intizamını pozmamalıyıq. Səbrli davranaraq öz işimizi görməklə hədəfə çata bilərik.

Yenə deyirəm, fərqli və ağır matç olacaq”.

Avqustun 1-də Bratislavadakı “MOL Arena” da keçiriləcək “DAC 1904” – “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti