COP29

“Zirə” büdcəyə qanaət etdi, Rəşad Sadıqov işini ehtiyatlı tutdu

30 İyul 23:40 Zirə 1 257
“Zirə” büdcəyə qanaət etdi, Rəşad Sadıqov işini ehtiyatlı tutdu

Konfrans Liqasındakı təmsilçimiz “Zirə” cümə axşamı Slovakiyada meydana çıxacaq.

Bir həftə əvvəl Bakıda məğlub etdiyi “DAC 1904”lə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin Slovakiya planına aydınlıq gəlib.

Təmsilçimiz büdcəyə qənaət edərək səfərə çarter reysli təyyarə ilə yox, adi reyslə yollanacaq.

Belə ki, avqustun 30-da təyyarə ilə Bakıdan Vyanaya uçacaq zirəlilər, Avstriyanın paytaxtından Bratislavaya olan məsafəni avtobusla qət edib, həmin gün günorta saatlarından ünvana çatacaqlar.

Bu isə o deməkdir ki, “Zirə” sözügedən ölkənin ab-havasına öyrəşmək üçün Bratislavada təxminən 3 gün qalacaq.

Avqustun 1-də baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:30-da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti