COP29

“Zirə”dən mühüm açıqlama: “Qarabağ”a kömək etməliyik”

30 İyul 20:00 Zirə 2 663
“Zirə”dən mühüm açıqlama: “Qarabağ”a kömək etməliyik”

“Bu dəqiqə “DAC 1904”lə cavab görüşünü düşünürük.

Məqsədimizə çatandan sonra gələcək barədə danışmaq olar”.

“Zirə”nin qapıçısı Tyaqo Silva Sportinfo.az-a “DAC 1904” üzərində qazanılan 4:0 hesablı qələbəni şərh edib.

Portuqaliyalı qapıçı cavab görüşünün çətin keçəcəyini bildirsə də, hədəfinin Konfrans Liqasının qrup mərhələsində oynamaq olduğunu bildirib.

Bununla yanaşı, avrokuboklardakı digər təmsilçilərimizə də uğurlar arzulayıb:

“Şəxsi fikrimi bilmək istəyirsinizsə, hədəfim qrup mərhələsidir. “Qarabağ” neçə illərdir avrokubokların qrup mərhələsində Azərbaycanı təmsil edən yeganə komandadır.

Onlara kömək etmək lazımdır. Hədəfə çatmağımız həm də Azərbaycan futbolunun inkişafı deməkdir, ölkə futbolunun təbliğatı yolunda böyük addımdır.

Hər nə qədər çətin görünsə də, bunu bacarmaq üçün çalışmalıyıq. Fürsətdən istifadə edib “Qarabağ”, “Sabah” və “Sumqayıt”a uğurlar arzulayıram”.

“Zirə”ylə “DAC 1904” arasında baş tutacaq cavab qarşılaşması avqustun 1-də Slovakiyada keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti