COP29

Rəşad Sadıqovun özündən çıxaran adam: “Özümə hirslənmişdim”

29 İyul 22:40 Zirə 1 960
Rəşad Sadıqovun özündən çıxaran adam: “Özümə hirslənmişdim”

“Zirə” – “DAC 1904” matçının 60-cı dəqiqəsində yaşanan epizod oyunu ehtiyat oyunçular skamyasının yaxınlığından izləyənlərin diqqətindən yayınmadı.

Rəşad Sadıqov Pyer Zeblini Hacıağa Hacılı ilə əvəzləmək qərarına gəldi və legioner meydanı tərk edəndən sonra baş məşqçi ona kəskin etirazını bildirdi.

Sadıqovun Zebliyə niyə əsəbiləşdiyini müəyyən etmək mümkün olmasa da, kəskin iradın oyun zamanı yol verdiyi hansısa nöqsandan getdiyi sirr deyildi.

Səbəbkar Sportinfo.az-a açıqlamasında epizodu bu cür şərh edib:

“Böyüdüləcək bir şey yoxdur. Əslində, baş məşqçimiz mənə əsəbiləşməmişdi. Əvəzlənməmişdən əvvəl ayağımda ağrılan hiss etdiyim üçün tam gücümlə qaça bilmirdim. Və həmin anda özümə hirslənmişdim.

Zədələnməyimlə bağlı qısa dialoqumuz oldu. Yəqin, fikri oyunda olduğundan, mənə dediyi hansısa söz kənardan dediyiniz kimi görünüb”.

Bakıda baş tutan “Zirə” – “DAC 1904” matçı 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb.

Cavab görüşü avqustun 1-də Slovakiyada keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti