COP29

Rəşad Sadıqovun YENİ KƏŞFİ

28 İyul 16:05 Zirə 6 310
Rəşad Sadıqovun YENİ KƏŞFİ

"Zirə" Konfrans Liqasına fırtına kimi başladı.

2-ci təsnifat mərhələsinin ilk oyununda Slovakiya “Dunayska Streda”sını qəbul edən "qartallar" rəqibinin daşını daş üstə qoymadı - 4:0.

İlk hissədə Rafael Utziq və Junior Martins fərqləndisə, ikinci yarıda David Volkov dublla yadda qaldı.

Amma matçın qəhrəmanı nə Martins, nə Utziq, nə də Volkov deyil, İsa Cibrilla oldu.

Sol cinah müdafiəçisi mövqeyində çıxış edən nigerli legioner rəqibin qorxulu yuxusuna çevrilməyi bacardı.

Vaxtında müdafiə olunmasını bilən 28 yaşlı legioner demək olar bütün hücumlarda da öz varlığını ortaya qoya bilirdi.

Əbəs deyil ki, ilk iki qol məhz onun cinahından qurulan hücumlar sonrası vuruldu.

İlk hissə tamamilə "Zirə" Cibrillanın yer aldığı sol cinahdan qurulan hücumların ümidinə qalmışdı.

Yalnız 2 topluq fərq yaranandan, rəqib bir qədər psixoloji sınandan sonra digər cinah müdafiəçisi Qismət Alıyev də öz varlığını göstərdi.

Cibrilla ilə bağlı ən maraqlı fakt isə ondan ibarətdir ki, o, kluba vinger kimi transfer olunub.

Elə əvvəlki komandası "Keçiörengücü"də və ölkəsinin millisində də vinger kimi çıxış edib. Niger yığmasında hətta forvard mövqeyində çıxış edib.

Amma Rəşad Sadıqov onu sol cinah müdafiəçisi kimi kəşf etmək qərarına gəlib.

Cibrillanı ötən mövsümün gedişində zaman-zaman həmin zonada sınayıb.

Düzdü, bugünkü qədər effektli olmayıb.

Lakin "Şerif" və "DAK 1904"lə qarşılaşmalar göstərdi ki, Sadıqov düzgün qərar verib.

Görünür, peşəkar karyerasında müxtəlif mövqelər arasında vargəl edən afrikalı legionerin özünü rahat hiss edəcəyi yeri tapması üçün azərbaycanlı məşqçinin əlinə düşməsi lazım imiş.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...