COP29

"Azərbaycanla bağlı həm pozitiv, həm də neqativ məqamlar var"

24 İyul 21:00 Zirə 721
"Azərbaycanla bağlı həm pozitiv, həm də neqativ məqamlar var"

Sportinfo.az xəbər verir ki, "DAK 1904"ün ()Slovakiya yarımmüdafiəçisi Kristian Herç Konfrans Liqası II təsnifat mərhələsinin "Zirə" ilə ilk oyunundan öncə mətbuat konfransında iştirak edib.

"Komandada ab-hava yaxşıdır. Oyunu səbirsizliklə gözləyirik.

Mövsümdəki ilk oyunumuzdur. Bilirik ki, "Zirə" keyfiyyətli komandadır.

Amma biz də yaxşı komandayıq. Bizi sabah çətin oyun gözləyir.

Komandamız yaxşı vəziyyətdədir. Sabahkı matçda son dəqiqəyə qədər mübarizə aparıb lazım olan nəticəni əldə etmək istəyirik.

Ötən mövsümün sonundakı yaxşı komandanı kollektiv ruhuna bağlayardım. Məşqdə öyrəndiklərimizi meydana tətbiq etdik.

Toplanışda da yaxşı hazırlaşdıq. "Zirə" yaxşı rəqibdir. Sabah çox çətin olacaq. Rəqib müdafiədə yaxşıdır.

Düşünürəm ki, sabah rəqibin müdafiəsində boşluqlar tapıb, bundan istifadə etməyə nail olacağıq.

Azərbaycanın U-21 yığmasına qarşı oynamışam. Əsas millidə də həmçinin.

Hər iki görüşü də bu stadionda oynamışdıq. U-21də olanda, 1:2 uduzmuşduq, əsas millidə 1:0 udmuşduq.

Azərbaycanla bağlı həm pozitiv, həm də neqativ məqamlar var.

"Qrasshopper"də Renat Dadaşovla birlikdə oynamışıq. Renat haqda mənfi söz deyə bilmərəm.

Futbolçu və insan kimi əladır. Onunla indi də münasibətimiz var və danışırıq".

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?