COP29

“Zirə”nin ikinci qonağı Bakıda bahalı seçim etdi

24 İyul 16:40 Zirə 1 302
“Zirə”nin ikinci qonağı Bakıda bahalı seçim etdi

“DAC 1904”ün Bakı planı məlum olub.

“Zirə”nin Avropa Konfrans Liqasındakı rəqibi bu gün günortadan sonra paytaxtımıza təşrif buyuracaq.

Bu gün axşam 19:30-da qonaq komandanın baş məşqçisi Xisko Munyosun mətbuat konfransı nəzərdə tutulub. Əslində, bundan yarım saat sonra “DAC 1904” “Dalğa Arena”da oyunöncəsi son məşqə çıxmalıydı. Lakin slovaklar bundan imtina edib.

“Sarı-göylər” məskunlaşmaq üçün paytaxtımızdakı dəbdəbəli otellərdən olan “Hilton”u seçib.

Yeri gəlmişkən, matç saatında stadionda dörd slovakiyalı jurnalist yer alacaq, bir fotoqraf iş başında olacaq.

Cümə axşamı “Dalğa Arena”da gerçəkləşəcək qarşılaşmanın start fiti saat 20:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?