COP29

"Bizimlə Bakıya yollanmaq üçün onlara dəvət göndərmişik"

24 İyul 16:20 Zirə 713
"Bizimlə Bakıya yollanmaq üçün onlara dəvət göndərmişik"

“DAK Dunayska Streda”nın icraçı direktoru Yan van Daele “Zirə”yə qarşı Bakıda keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “sportnet.sk” portalına danışan Slovakiya klubunun rəsmisi azarkeşlərə də dəvət göndərib:

"Həftənin çərşənbə günü Konfrans Liqasının açılış matçı üçün Bakıya yollanacağıq. Azarkeşlərimizi də bizimlə Bakıya yollanmaq üçün dəvət göndərmişik.

Hələ ki, qeydiyyatdan 30 azarkeş keçib. Bu uzun səyahət olacaq. Bakıdan Koşiçeyə çatacağıq.

Komandada yaxşı ab-hava var və inanırıq ki, bu, qarşıdakı matçlarda da öz əksini tapacaq. Keçən mövsümə çox yaxşı başlamadıq, ona görə də oyunların ilk həftəsi vacibdir".

"Zirə" - "DAK 1904" matçı iyulun 25-də "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?