COP29

"Zirə"də tənqid olunacaq şəxs varsa, o da..."

22 İyul 02:50 Zirə 706
"Zirə"də tənqid olunacaq şəxs varsa, o da..."

“Zirə”nin “Şerif”lə cavab görüşünün çətin keçəcəyini gözləyirdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Aslan Kərimov “Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Şerif”inə məğlub olaraq turnirlə vidalaşması barədə danışarkən deyib.

O, qırmızı vərəqə epizoduna kimi “Zirə”nin rəqib komandanı oyun üslubu baxımından zərərsizləşdirdiyini bildirib.

“Salifu Sumanın qırmızı vərəqə almasına kimi hər şey ideal idi. Diqqət yetirsək, həmin epizoda qədər “Şerif”in meydanda heç nə ilə yadda qalmadığını görərik.

Bu cür komandaya qarşı 10 nəfərlə oynamaq çox çətin idi. Heyətlərində yer alan afrikalı oyunçular milli komandalarında da çıxış edirlər.

Onların səviyyələri kifayət qədər var. Məğlubiyyətə görə komandanı qınamaq olmaz.

Tənqid olunacaq şəxs varsa, o da komandanı azlıqda qoyan Salifu Sumadır. Düşünmədən etdiyi hərəkət planları pozdu.

Bu epizodlarda təcrübəsizlik də öz sözünü deyir. “Zirə”nin heyətində elə futbolçular var ki, ilk dəfə beynəlxalq oyunlarda çıxış edirdilər.

Hakimin qərarı da sərt oldu. Belə vəziyyətlərdə bəzən referilər sarı vərəqə göstərirlər.

Lakin oyunu idarə edən qazaxıstanlı ədalət sahibi Bulat Sarıyev gənc idi və matçın gedişatını öz əlinə almağı bacarmışdı”, - deyə Aslan Kərimov vurğulayıb.

52 yaşlı mütəxəssis penaltilər seriyasına şərh verməyin düzgün çıxmayacağını söyləyib:

“Çünki penaltilər seriyası lotereya oyununa oxşayır. Kriştianu Ronaldo kimi futbolçu sonuncu Avropa çempionatında 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmədi.

Burada son zərbəni vura bilməyən Fuad Bayramova nəsə demək düzgün çıxmaz”.

Penaltilər seriyasında “Şerif”ə (4:5) məğlub olaraq Avropa Liqası ilə vidalaşan “Zirə” mübarizəsinə Konfrans Liqasının ikinci təsnifat mərhələsində davam edəcək.

“Qartallar”ın bu raunddakı rəqibi Slovakiya təmsilçisi “Dunayska Ştreda” kollektivi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?