COP29

"Zirə" elə buna görə uduzdu, çox üzüldüm"

22 İyul 02:10 Zirə 1 287
"Zirə" elə buna görə uduzdu, çox üzüldüm"

"Zirə"nin meydanda 10 nəfərlə qalması oyuna böyük təsir etdi.

Məncə, elə buna görə də uduzdular. "Zirə"nin məğlubiyyətinə görə çox üzüldüm.

Çünki onlar bu məğlubiyyətə heç layiq deyildilər. Fikrimcə, "Zirə" meydanda 11 nəfərlə qalsaydı, 100 faiz mərhələni adlayacaqdı".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Zirə"nin sabiq müdafiəçisi Adrian Skarlatake deyib.

Hazırda Rumıniyada məşqçi kimi fəaliyyət göstərən Skarlatake təmsilçimizin Avropa Liqasının1-ci təsnifat mərhələsinin "Şerif"lə cavab görüşündə məğlub olaraq turnirdən kənar qalmasına münasibət bildirib:

"Təsəvvür edin, bir komanda 80 dəqiqə on nəfərlə mübarizə aparır. Bu çox çətindir. "Şerif" də çox yaxşı komandadır. O

nlar 50 dəqiqə, üstəgəl əlavə vaxtda 11 nəfərlə, "Zirə" 10 nəfərlə oynadı. Bu da təsirsiz ötüşmədi".

Rumıniyalı veteran futbolçu Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı "DAK Dunayska Streda" ilə görüşlərdəki şanslarını da dəyərləndirib:

"Zirə"nin psixoloji cəhətdən yaxşı olması asan deyil. Amma onlar yaxşı komandadır.

Düşünürəm ki, "Zirə" "Şerif"dən yaxşı idi, lakin qırmızı vərəqəyə görə bəxtləri gətirmədi.

"DAK Dunayska Streda" yaxşı komandadır. İki əvvəl "Styaua" ilə oynamışdılar. "Zirə" üçün çətin oyundur.

Məncə, şanslar 50/50-dir. “Zirə bəlkə də beş faiz üstündür.

Düşünürəm ki, onlar növbəti mərhələyə adlamaq üçün psixoloji cəhətdən güclüdür. Bu komandaya uğurlar arzulayıram və vəsiqə qazanacaqlarına inanıram".

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?