COP29

Onun yaxasından tutun və soruşun ki...

21 İyul 16:30 Zirə 737
Onun yaxasından tutun və soruşun ki...

Reaksiyalara baxırsan, əksəriyyət mərhələnin keçilməməsinə görə “Zirə”nin baş məşqçisini qınayır.

Bəribaşdan deyim ki, Rəşad Sadıqovun hüquq müdafiəçisi deyiləm, olmaq fikrim də yoxdur.

Adamın məsələyə sırf öz tərəfindən baxmaq, daim hakimlərdə günah axtarmaq cəhətini bəyənmirəm. Ki, “Şerif”lə görüşdən sonra isti başla verdiyi açıqlamada yenə ədalət təmsilçilərinin “bostanına daş atıb”.

Bunu ölkədaxili yarışlarda da edir, Avropada da. Sanki dünya futbol hakimləri Sadıqovun əleyhinə birləşiblər. Olmaz, hoca, olmaz.

Hə, keçək məşqçi bacarığına və savadına. Adam “Şerif”i lazım olan qədər tanımış və futbolçularına tanıtmağı bacarmışdı.

Tiraspolda qazanılan qələbəni sürpriz kimi qələmə verənlər, yəqin ki, Bakıdakı duelin 40-ci dəqiqəsinə kimi meydanda gördüklərindən sonra fikirlərində müəyyən düzəlişlər etdilər.

İlk oyunun gətirdiyi üstünlüyə baxmayaraq, Sadıqov açıq futbol oynadırdı və rəqibə “Zirə”nin üzərinə gəlmək imkanı vermirdi. Təzyiq, pressinq, istək və ustalıq təmsilçimizə qol da gətirdi. İşlər yağın üstündə bal kimi gedirdi. Sonra nə oldu?

Salifu Suma gərəksiz vəziyyətdə, heç bir ciddi səbəb olmadan əlini işə salıb rəqibini yerə sərdi. Niyə? Nə üçün? Hansı marağa?

Bax, Rəşad Sadıqovun mərhələnin keçilməməsinə görə aydınlaşdırmalı olduğu məqam budur.

Oyunu nə baş məşqçi uduzdu, nə hakimlərin rolu oldu, nə azarkeşlər, nə də jurnalistlər günah sahibidir. Yenilgiyə görə yaxasından tutulmalı olan bir nəfər var – o da Sumadır.

“Qırmızı” olmasaydı, “Zirə” “Şerif”in qapısından daha 1-2 top keçirib sevinən tərəf olacaqdı. Bunu rəqibin “10 nömrə”si Sedrik Badolo da bəndənizə müsahibəsində açıq formada olmasa da, üstüörtülü şəkildə dedi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?