COP29

"Zirə" Avropa Liqasından niyə kənarda qaldı? - Mütəxəssis rəyi

22 İyul 17:00 Zirə 1 947
"Zirə" Avropa Liqasından niyə kənarda qaldı? - Mütəxəssis rəyi

"Araz Naxçıvan"ın sabiq baş məşqçisi Azər Bağırov Sportinfo.az-a açıqlama verib.

Futbol mütəxəssisi "Zirə"nin "Şerif"ə uduzaraq Avropa Liqasından vidalaşmasını şərh edib:

"İlk oyun daha maraqlı idi. Bir-birini öyrənmək istəyən təsiri bağışlayan rəqiblərin qarşılaşması idi.

"Zirə" birinci matçda doğru taktika ilə istədiyi nəticəni əldə etmişdi. Lakin o da var ki, "Şerif" hələ yaxşı formada deyildi.

Bildiyimiz kimi, yeni yığılmış komanda idi. Açıq görünürdü ki, bəzi futbolçularda yaxşı perespektiv var. Amma xətlərarasında əlaqə yaxşı səviyyədə deyildi".

Bəs cavab matçında nə mane oldu ki, təmsilçimiz Avropa Liqasında mübarizəni dayandırmalı oldu?

Bağırovu dinləyək:

"Açığı, ikinci görüşdə də "Zirə" düzgün taktika seçmişdi. İlk 30-35 dəqiqədə bu aydın görsənirdi.

Sadəcə, qırmızı vərəqə məsələsi planları pozdu. Bunu heç bir baş məşqçi gözləmir.

Məncə, azlıqda qalandan sonra edilən gedişlər də doğru idi. Oyunu penaltilərə kimi gətirmək mümkün oldu.

Penaltilər isə lotoreyadır. Burada rəqibin şansı gətirdi. Bir də əksər oyunçunun avrokuboklarda təcrübəsinin az olması da nəticəyə təsir etdi".

O, sonda "qartallar"a Konfrans Liqasında uğurlar arzulayıb:

"Zirə" nəticəyə oynamağı bacaran kollektivdir. Mübarizə bu dəfə Konfrans Liqasında aparılacaq.

İnşallah, burada daha təcrübəli davranaraq yaxşı nəticə əldə edərlər. Buna inanıram".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?