COP29

“Zirə”ni məyus edən, "Şerif"i Avroliqada saxlayan İKİ FAKT

22 İyul 23:40 Zirə 632
“Zirə”ni məyus edən, "Şerif"i Avroliqada saxlayan İKİ FAKT

Təcrübə azlığı və psixoloji durumun aşağı olması "Zirə"ni Avropa Liqasından kənarda qoydu.

Halbuki hər şeyi təmsilçimiz üçün yolunda gedirdi.

Səfərdə "Şerif"ə qalib gələn (1:0) "qartallar" evdəki matçın fasiləsinə də eyni üstünlüklə yollandı.

Lakin böyük qayğı ilə.

Çünki 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə alaraq meydanı tərk etdi.

Afrikalı legioner heç bir əsas olmadan rəqibin üzünə zərbə endirərək komandasını çox pis durumda qoydu.

Ona kimi nəinki hesab, meydandakı gedişat da "Zirə"nin tam ürəyincə idi.

Növbəti mərhələ əlin içində kimi görünürdü.

30 yaşlı vinger əlinin dalı ilə onu geri çevirdi.

Sumanın hərəkəti təcrübəsizlikdən və psixoloji durumun yerindən olmamasından baş bir şey deyildi.

Pyer Zebli və bir neçə yoldaşı da hakimə aşırı təzyiq göstərməklə psixoloji gərginlikdə olduqlarını, belə matçlar üçün təcrübə azlığı yaşadıqlarını göstərmiş oldu. Sadəcə baş hakim vərəqə verməməklə onları bağışladı.

Moldova təmsilçisi isə öz işində idi.

İllərin təcrübəsi əlində düşən şansları maksimum dəyərləndirməyi bacardı.

Fiziki durumları yerində deyildi, xətlər arasında əlaqələri bərbad idi.

Ancaq formanın üstündən zəngin təcrübə yağırdı.

"Şerif"i növbəti mərhələyə daşıyan təcrübə.

Yoxsa "Zirə"dən üstün nəsə ortaya qoydularını iddia etmək ağılsızlıqdan başqa bir şey olmazdı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?