COP29

"Allaş bizim bugünkü "coker"imiz idi" - "Şerif"in baş məşqçisi

19 İyul 00:30 Zirə 663
"Allaş bizim bugünkü "coker"imiz idi" - "Şerif"in baş məşqçisi

"Şerif" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Zirə"ni məğlub edərək növbəti raunda yüksəlib.

Sportinfo.az xəbər verir ki, Moldova təmsilçisinin baş məşqçisi Yuriy Hura oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Penaltilər lotoreyadır. Çətin oldu. Qələbə üçün çox güc sərf etdik. Günü-gündən daha güclənirik. Bu oyuna görə futbolçularıma təşəkkür edirəm.

- Qırmızı vərəqə oyunun taleyinə nə dərəcədə təsir göstərdi?

- Təsir etdi. Amma bir neçə epizodumuz var idi, vura bilmədik. Standart vəziyyətdən yenə qol buraxdıq. Önəmli olan odur ki, Bakıdan evə qələbə ilə dönürük.

- Bu dəfə Əyyub Allaşı sonradan oyuna buraxdınız və matçın qəhramanı oldu. Niyə onu ilk dəqiqələrdən meydana buraxmadınız? Gizli silahınız idi?

- Özünüz buna cavab verdiniz. Allaş bizim bugünkü "coker"imiz idi. Tam hazır deyil. Ancaq şans verdik.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?