COP29

“Zirə” Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

18 İyul 22:50 Zirə 950
“Zirə” Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” də növbəti sınağına məhz bu gün çıxacaq.

Azərbaycan təmsilçisi Moldovanın “Şerif” komandasını qəbul edəcək. Bir həftə öncə Tiraspolda baş tutan səfər oyunundan qələbə ilə qayıtmış Rəşad Sadıqovun komandasına mərhələ adlamaq üçün doğma meydanda heç-heçə də sərf edir.

Qazaxıstandan olan hakimlərin idarə edəcəyi bu matçın start fiti saat 20:00-da səslənəcək.

18 iyul

20:00. Zirə – Şerif 1:2 (Penaltilər - 4:5)

Qırmızı vərəqə: Salifu Suma, 40

Qollar: Rafael Utsiq, 5 - Əyyub Allaş, 53, Pape Ndiaqa Yade, 77

Hakimlər: Bulat Sariyev, Denis Labaşov, Yuri Tixonyuk, Aydin Tassibayev (hamısı Qazaxıstan).
“Liv Bona Dea Arena”. Saat 20:00.
İlk oyun – 1:0.

"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 3. Ange Mutsinzi, 19. Salifu Suma, 15. Pyer Zebli, 21. Hacıağa Hacıyev, 23. Rafael Utziq, 32. Qismət Alıyev, 6. Eldar Quliyev, 70. İssa Cibrilla, 90. Davit Volkov.
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Stefan Akka, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Abbas İbrahim, Rüstəm Əhmədzadə, Ceyhun Nuriyev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Şerif": 16. Raşed Əl-Tumi, 8. Joao Paulo Fernandes, 33. Mateus Lins, 50. Jokelin Behiratçe, 66. İlunqa Pata, 18. Mussa Kyabu (k), 3. Nana Kvame Boakye, 10. Sedrik Badolo, 69. Peter Ademo, 90. Papa Ndiaqa Yade, 9. Ayak Riak.
Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Ouattara, Allaş, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli, Akanbi.
Baş məşqçi: Yuri Qura.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?