COP29

"Zirə"nin Moldova nəhəngi qarışısanda əla şansı var, amma...

18 İyul 16:00 Zirə 501
"Zirə"nin Moldova nəhəngi qarışısanda əla şansı var, amma...

"Zirə" bu gün Avropa Liqasında növbəti matçına çıxacaq.

Birinci təsnifat mərhələsinin cavab matçında rəqib Moldova təmsilçisi "Şerif"dir.

Səfər meydanında minimalhesablı (1:0) qələbə əldə edən "qartallar"ın növbəti mərhələ şansı kifayət qədər yüksəkdir.

Həm hesabda üstünlük qazanılıb, həm də doğma meydan, azarkeş amili "Zirə"nin tərəfindədir.

Lakin arxayınlaşmaqdan söhbət gedə bilməz.

İlk matçda Avropada zəngin təcrübəyə sahib "Şerif" heç də özünə bənzəmədi.

Gözlədiyimiz dominant futbola yaxın belə düşmədilər.

Amma...

Açıq-aydın hiss olunurdu ki, heyət yenidir. Mövqelər arasında əlaqə istənilən səviyyədə deyil.

Bu kimi çətinliklərə rəğmən bəzi futbolçuların səviyyəsi aydın sezilirdi.

Xüsusilə Sedric Badolonu diqqətdən qoymaq olmaz.

Fərdi ustalığı yüksək olan afrikalı ilk matçda da bir neçə epizodda keçidləri, zərbələri ilə bunu əyani göstərdi.

Arxada qalan 1 həftə Yuriy Hurana kollektivə öz oyun modelini aşılamağa, zonalar arasındakı bağları yaxşılaşdırmağa mütləq yardım edəcək.

Bundan əlavə rəqib bu dəfə "Zirə"ni daha yaxından tanımış oldu.

Futbolçu və məşqçi heyəti onları meydanda əyani gördü.

Avropada illərdi uğurları sıralayan "Şerif"in bu mənada ciddi nə iləsə yadda qalmayan zirəlilərə yuxarıdan aşağı baxmaq hisləri də unudulmamalıdır.

Tiraspoldakı matç artıq onlara həyəcan siqnalı verib.

Qısası, bu dəfə "Zirə" qarşısına daha ciddi, daha kompakt "Şerif" çıxacaq.

Heç bir halda bu rəqibi gözdən çıxarmaq olmaz.

Deməli, bir an belə diqqətli əldən vermək olmaz. Psixoloji durum da çox həlledici rol alacaq.

Rəşad Sadıqovun belə matçlar üçün zəngin təcrübəsi var. Qalır futbolçularına aşılamaq.

Əks halda ilk matçdakı parlaq qələbənin bir əhəmiyyəti qalmayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?