COP29

"Bakının bu qədər gözəl olacağını gözləmirdim" - "Şerif"in afrikalısı

17 İyul 19:50 Zirə 2 422
"Bakının bu qədər gözəl olacağını gözləmirdim" - "Şerif"in afrikalısı

"Şerif"in futbolçusu Peter Ademo Avropa Liqası I təsnifat mərhələsinin "Zirə" ilə cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az nigeriyalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- İlk oyunda uduzmusunuz. İndi nəyə ümid edirsiz?

- Bir həftə ərzində məşq etdik. Xüsusilə də ilk oyundakı səhvlərin üzərində işləmişik. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq.

- "Zirə" diqqətinizi nə ilə çəkdi?

- Kimisə vurğulamaq istəməzdim. Komanda şəklində bilirdik ki, çətin rəqib olacaq. Hazırlığımız da komanda üzərində qurulub, fərdlər üzərində deyil.

- Komanda yeni qurulub. Futbolçular bir-birinə uyğunlaşıb?

- Öyrəşmişik. Artıq bir aydır ki, birlikdəyik. Gündən-günə daha da artırırıq.

- Azərbaycan futbolu deyəndə, ağlınıza gələn nədir? Azərbaycan klublarından nə vaxtsa təklif almısız?

- Bakının bu qədər gözəl olacağını gözləmirdim. Azərbaycan klublarından isə təklif almamışam.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?