COP29

"Şerif"in baş məşqçisi: "Bunu meydanda sübüt etmək lazımdır"

17 İyul 19:10 Zirə 609
"Şerif"in baş məşqçisi: "Bunu meydanda sübüt etmək lazımdır"

Sabahkı oyunda çalışacağıq ki, ilk matçdakı məğlubiyyətin əvəzini çıxaq.

Favorit sayılmaq üçün bunu meydanda sübüt etmək lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Şerif"in baş məşqçisi Yuri Qura Avropa Liqasının 1-ci təsnifa mərhələsində "Zirə" ilə sabah keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis "Qəbələ"nin sabiq futbolçusu və hazırda "Şerif"də çıxış edən Əyyub Allaşdan "Zirə" haqda müəyyən məlumatlar aldığını bildirib:

"İstərdik ki, “Zirə”dən güclü olduğumuzu sübut edək. Bunun üçün əlimizdən gələni edəcəyik. Hər bir baş məşqçi qələbə qazanmaq istəyir.

Bizim komandada kifayət qədər moldovalı futbolçu var. Bura Avropa Liqasıdır və biz belə qərara gəldik ki, daha çox avropalı futbolçulardan yararlanaq.

Hər iki komanda üçün “isti” olacaq. Əyubb Allaşla danışmışam, "Zirə” haqqında ondan müəyyən məlumatlar almışam".

Yuri Qura həmyerlisi, "Neftçi"niun yeni baş məşqçisi Roman Qrikorçukla isə söhbətinin olmadığını deyib:

“Neftçi”də toplanışla bağlı başı qarışıq olduğuna görə onu narahat etmək istəmədim. Bütün ssenariləri düşünmüşük və istənilən duruma hazırıq".

“Zirə” və “Şerif” arasında cavab matçı iyulun 18-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Moldovadakı ilk görüşdə "Zirə" 1:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?