COP29

Rəşad Sadıqovun komandasına ümid verən – Xəbəriniz olsun ki...

17 İyul 23:00 Zirə 1 239
Rəşad Sadıqovun komandasına ümid verən – Xəbəriniz olsun ki...

Avropa Liqasındakı təmsilçimiz “Zirə” I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Şerif”i qəbul edəcək.

İyulun 11-də Tiraspolda qazanılan 1:0 hesablı qələbədən sonra “qartallar”ın mərhələni adlamaq şansı bir xeyli artıb.

Lakin rəqibin avrokubok təcrübəsini və heyətdəki legionerlərin çoxluğunu nəzərə alsaq, “Zirə”ni kifayət qədər çətin mübarizə gözlədiyini deyə bilərik.

Bir maraqlı fakt var ki, təmsilçimizi iyulun 18-dəki qarşılaşmaya inamla baxmağa məcbur edir.

“Şerif” səfərdə istədiyi nəticəni qazana bilmir. Bunu moldovanların son avrokubok oyunlarındakı statistik göstəriciləri deyil.

“Zirə”nin rəqibi beynəlxalq oyunlarda sonuncu səfər qələbəsini ötən ilin fevralında Belqradda “Partizan” üzərində qazanıb.

Konfrans Liqasının pley-off görüşü çərçivəsində Serbiyada baş tutan dueldə “Şerif” 3:1 hesablı qələbəyə sevinib. Həmin gündən bu yana səfərdə meydana çıxdığı 8 oyunun 6-da məğlub olub, yalnız 2-də heç-heçəyə üzləri gülüb.

Nitsa (Fransa) – Şerif 3:1

Farul (Rumıniya) – Şerif 1:0

Makkabi Hayfa (İsrail) – Şerif 4:1

BATE (Belarus) – Şerif 2:2

Kİ (Farer adaları) – Şerif 1:1

Roma (İtaliya) – Şerif 3:0

Slaviya (Praqa) – Şerif 6:0

Servett (İsveçrə) – Şerif 2:1

Ümumiyyətlə, bu komanda 1999-cu ildən bu yana iştirak etdiyi avrokuboklar matçlarında səfərdə 83 dəfə meydana çıxıb və bunların yarısından çoxunda – 44-də uduzub.

İyulun 18-də “Dalğa Arena”da keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?