COP29

"Zirə"nin uğur resepti - Yola belə də davam!

15 İyul 23:00 Zirə 2 370
"Zirə"nin uğur resepti - Yola belə də davam!

Rəşad Sadıqovun "Zirə"si arxada qalan mövsüm az tənqid olunmadı.

Əksəriyyət gənc mütəxəssisin baxımlı futboldan uzaq düşməsini qınadı.

Daha çox proqmatik futbolla qazanılan minimal hesablı qələbələr bəyənilmədi.

Düzdü, zaman-zaman çalışıdırcı bu səpkidə olan iradları qəbul etmədiyini aşkar şəkildə dilə gətirdi.

Amma bu da "qartallar"a yönələn məntiqli tənqidlərə sup səpmiş olmadı.

Paytaxt təmsilçisi Avropa arenasındakı ilk matçını da arxada qalan mövsümdəki məzmunada keçirdi.

Müdafiəni alınmaz qalaya çevirən təmsilçimiz Moldovanın ən titullu klubu olan "Şerif" önündə bəxtini əks-hücumlarda sınadı.

Və bu da özünü artıqlaması ilə doğrultdu.

Əbəs deyil ki, Tiraspolda keçirilən qarşılaşmanın final fitindən sonra tablodakı nəticə (0:1) bütün futbol ictimaiyyətimizin ürəyincə oldu.

Halbuki qolsuz bərabərlik, hətta minimal hesablı məğlubiyyət belə qənaətbəxş hesab olunacaqdır.

Deməli, biz hər nə qədər qınasaq da Sadıqov öz işini meydanda görür.

Yetirmələrinin əli ilə.

Əgər uğur bu sistem, bu oyunla gəlirsə, nə xoş hamımıza.

Axı qələbəyə aparan bütün yollar məqbuldur.

İnanaq ki, komandamızın güclü rəqibi üzərində parlaq qələbə ilə başlayan Avropa yolu bizləri hələ çox uzağa aparacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti