COP29

"Zirə"nin "Şerif" üzərindəki qələbəsindən narahat oldu - İsveç mediası

15 İyul 09:00 Zirə 872
"Zirə"nin "Şerif" üzərindəki qələbəsindən narahat oldu - İsveç mediası

İsveç mətbuatı "Elfsborq"un Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri olan “Şerif”lə “Zirə”nin(0:1) matçından yazıb.

Sportinfo.az xəbər verir ki, "Fotboll Sthm" portalı "Zirə"nin Tiraspoldakı qələbəsini bu cür şərh edib:

"Son 3 ildə avrokubokların qrup mərhələsində yer almış “Şerif” üçün uğurlu püşkatma olduğu ehtimal edilirdi. Ancaq hər şeyin o qədər də asan olmadığı ortaya çıxdı.

Meydanda "Şerif"in dominantlığı olsa da, "Zirə" 88-ci dəqiqədə qol vuraraq qalib gəldi.

Tiraspol klubu 12 ildə ilk dəfə çempionatda qızıl medalı əldən vermişdi, indi isə Bakıda keçiriləcək cavab matçı ərəfəsində məğlub durumdadır. Bu il "Şerif" bir növ fasilə götürəcək?".

"Zirə"nin potensial rəqibləri "Elfsborq" "Pafos"u ilk görüşdə evdə 3:0 məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti