COP29

“Müdafiəçi deyil, elə bil işıq dirəkləridir” – “Zirə” Tiraspolu ayağa qaldırdı

14 İyul 22:30 Zirə 3 512
“Müdafiəçi deyil, elə bil işıq dirəkləridir” – “Zirə” Tiraspolu ayağa qaldırdı

Azərbaycan klubları adına avrokuboklarda açılış edən “Zirə” ölkə futbolsevərlərinin üzünü güldürməyi bacardı.

“Qartallar” “Şerif”lə səfər görüşündə Davit Volkovun son dəqiqələrdə vurduğu qol hesabına Bakıya qələbə ilə qayıtdı.

Oyun başa çatandan sonra stadiondakı yerli azarkeşlərin üz ifadələrindəki narazılıq açıq-aşkar görünürdü. Stadiona getməyənlər, yaxud sözünü orada deyə bilməyənlər ürəyini sosial şəbəkələrdə boşaldıb.

Klubun sosial media hesablarında məğlubiyyət anonsu ilə bağlı paylaşımlara yazılan şərhlərin bəzilərini təqdim edirik:

“Mənə elə gəlir ki, bukmeyker kontoruna görə uduzdunuz”.

“Şerif” həmişə mafiya komandası olub. Bu gün bir daha sübut etdilər”.

“Gələn mövsümdə də görəcəklərimiz var ki”.

“Hansısa qarabala oyundan əvvəl demişdi ki, “Şerif”in azarkeşlərinə qələbə bəxş edəcəyik. Hanı?”

“Bunlar bədbəxtdirlər, futbolçu yox. Qapının qarşısında hamısı bir-bir ayağını göyə qaldırır, heç biri topu tora göndərə bilmir. Həvəskar yığını”.

“Şerif”in tarixinə tüpürməkdə davam edəcəksiniz? Bu, tarixin ən zəif komandasıdır”.

“Toparlanın! Onlar səfərdə qələbə qazanmağın mümkünlüyünü göstərdilər. İndi sıra sizdədir. Tiraspola mərhələni adlayaraq qayıtmalısınız”.

“Müdafiəçi deyil, elə bil işıq dirəkləridir. Rəqib cərimə meydançasının daxilində topla rahat hərəkət edir, bunlar da dayanıb baxır. Belə qolu həvəskarlar liqasında da buraxmırlar”.

Komandalar arasında cavab görüşü iyulun 18-də keçiriləcək. “Liv Bona Dea Arena”da baş tutacaq oyun saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti