COP29

Azərbaycandan gedən: "Şerif" buranın "Qarabağ”ıdır"

11 İyul 16:00 Zirə 3 650
Azərbaycandan gedən: "Şerif" buranın "Qarabağ”ıdır"

"Zirə" ilə oyuna yüksək əhval-ruhiyyədə hazırlaşırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şerif"in yeni transferi Əyyub Allaş Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları "Zirə" ilə matç haqqında danışarkən deyib.

Ötən mövsümü "Qəbələ"də keçirən mərakeşli legioner şanslar haqqında geniş danışmağın çətin olduğunu bildirib:

"Zirə" mənə çox tanış rəqibdir. Şanslar haqqında çox danışmaq istəmirəm. Amma meydanda tək məqsədimizin qələbə olacağını deyə bilərəm".

26 yaşlı legioner sonda "Şerif"i Azərbaycanda hansı klubla müqayisə edərdin" sualına isə belə cavab verib:

"İlk öncə onu deyim ki, ölkənin ən böyük klubudur. Zəngin avrokuboklar təcrübəsi var.

Hədəfləri yüksəkdir. Məncə, Moldovanın "Qarabağ"ı deyə bilərik".

Qeyd edək ki, “Zirə” və “Şerif” arasında ilk oyun iyulun 11-də Moldovada, cavab qarşılaşması isə iyulun 18-də Bakıda baş tutacaq.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə