COP29

“Xalqımızı sevindirməyə çalışacağıq” – “Zirə”nin içindən

10 İyul 20:00 Zirə 844
“Xalqımızı sevindirməyə çalışacağıq” – “Zirə”nin içindən

Cari avrokubok mövsümündə avrokubok mübarizəsinə “Zirə”nin ifasında tamaşa edəcəyik.

Premyer Liqanı gümüş medallarla başa vuran kollektiv üç həftəlik Bolu toplanışını yekunlaşdıraraq Moldovaya yola düşüb.

Komandanın üzvü Hacıağa Hacılı Sportinfo.az-a açıqlamasında öncə Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib:

“Təlim-məşq toplanışı normal keçdi. Gündəlik məşqlərimizi edirdik. Bu hazırlıq təkcə avrokuboklar yox, ümumilikdə gələn mövsüm üçündür.

İşin ciddiliyini hamımız başa düşürük və maksimum dərəcədə gücümüzü qoyub hazırlaşdıq ki, gələn il də uğur qazanaq”.

Təmsilçimiz iyulun 11-də səfərdə “Şerif”in qonağı olacaq. Maraqlıdır, Tiraspoldakı oyunda “qartallar”ın qarşısında hansı məqsəd dayanır? İlk matçda hansı nəticəyə ümid edirlər?

Hacıağa nikbindir:

“Biz ağır oyunlar gözləyir. Qarşılaşmanın çətin keçəcəyini hamımız başa düşürük. “Şerif”in gücü hər kəsə məlumdur, avrokubokların daimi iştirakçısıdı.

Buna baxmayaraq, təslim olmaq fikrimiz yoxdur. Sona qədər mübarizə aparıb xalqımızı və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

İyulun 11-də keçiriləcək “Şerif” – “Zirə” dueli Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Cavab oyunu iyulun 18-də “Liv Bona Dea Arena”da reallaşacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu