COP29

“Zirə” üçün ən qısa avro-yol - 6 oyunla qrupa!

29 İyun 22:40 Zirə 2 259
“Zirə” üçün ən qısa avro-yol - 6 oyunla qrupa!

Premyer Liqanı gümüş medallarla başa vuraraq Avropa Liqasına vəsiqə qazanan “Zirə”nin əlinə yaxşı imkan düşüb.

“Qartallar” ikinci dərəcəli klub yarışında mübarizəyə birinci mərhələdən başlayacaq.

Bir neçə gün qabaq Avroliqanın 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Səpələnməmişlər səbətində yer alan "Zirə" Moldovadan “Şerif”ə rəqib olub.

Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i səfərdə, cavab görüşünü isə iyulun 18-də Bakıda keçirəcək.

“Şerif"i keçsələr, ikinci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaqlar.

“Qartallar” ilk mərhələni adlasa, ikinci təsnifatda birinci oyunu Bakıda (iyulun 25-də) keçirəcək. Cavab matçı avqustun 1-də keçiriləcək.

Həmçinin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" cütünün məğlubunun Konfrans Liqasının 2-ci mərhələsindəki potensail rəqibi bəlli olub.

Bu komandalardan hansı mübarizəni uduzsa, KL-in 2-ci raundunda Slovakiyadan "DAK 1904" ilə qarşılaşacaq.

Deyək ki, zirəlilər Avropa Liqasında bir mərhələni keçib uduzdu. Növbəti etapda Konfrans Liqasının üçüncü mərhələsi və pley-off.

Bu iki mərhələdə, başqa cür desək, 4 oyundakı uğur Konfrans Liqasının qrup mərhələsinə vəsiqə anlamına gələcək. Qısası, 6 oyunla qrupa yüksəlmək mümkündür.

Yox, “Zirə” Avropa Liqasındakı çıxışına uğursuz start verib ilk mərhələdən kənarlaşsa, bu da son olmayacaq.

“Qartallar” yoluna Konfrans Liqasının ikinci mərhələsindən davam edəcək. Bu isə bir qədər uzun və yorucudur. İstəyə çatmaq üçün 8 matça çıxmalıdırlar.

İstənilən halda qəsəbə təmsilçisi cari avrokubok mövsümündə azı 4 oyun keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti