COP29

“Yalnız “Qarabağ”dan geri qaldıq, yaxşıdır”

25 İyun 21:00 Zirə 735
“Yalnız “Qarabağ”dan geri qaldıq, yaxşıdır”

“Məncə, biz buna yaxşı nəticə deyə bilərik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin formasını geyinən Rüstəm Əhmədzadə deyib.

“Qarbağ”a məxsus olan, icarə əsasında “qartallar”ın uğurları üçün tər tökən millinin hücumçusu başa çatan mövsümü dəyərləndirib.

Ukrayna doğumlu forvard qəsəbə təmsilçisinin uğurlu sezon keçirdiyini bildirib:

“Çempionatda və ölkə kubokunda gümüş medalları qazanaraq, yalnız “Qarabağ”dan geri qaldıq. Belə nəticə əldə etmək asan məsələ deyil.

Sevinirəm ki, avrokuboklara vəsiqə qazandıq. Biz bunun üçün mövsüm ərzində çox əziyyət çəkdik.

İstədim ki, Azərbaycanda əldə etdiyimiz uğurlu nəticələrin davamını Avropada gətirək”.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO