COP29

"Zirə" püşkatmada bizə düşə biləcək ən ciddi rəqiblərdən biri idi”

21 İyun 02:10 Zirə 364
"Zirə" püşkatmada bizə düşə biləcək ən ciddi rəqiblərdən biri idi”

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" ilə üz-üzə gələcək "Şerif"in baş məşqçisi Yuri Qura püşkü dəyərləndirib.

Ukraynalı mütəxəssisin Moldova klubunun rəsmi saytına müsahibəsini təqdim edirik:

- Yuri Vladimiroviç, püşkatmanın nəticələrini şərh edərdiniz...

- Avropa Liqasında zəif komanda yoxdur. Azərbaycan "Zirə"si püşkatmada bizə düşə biləcək ən ciddi rəqiblərdən biri idi.

- Azərbaycan komandalarının hansı güclü tərəfləri görürsünüz?

- "Zirə" ilə bağlı bir şeyi deyə bilərəm – çox yaxşı təşkilatlanmış komandadır. Çempionatda az qol vursa da, həm də az top buraxır. Rəqib haqda daha ətraflı məlumat toplayacağıq.

- İlk oyunun evdə olması müsbət, yoxsa mənfidir?

- İndi səfərdə vurulan qollar heç bir rol oynamır. Başqa sözlə, ilk matçı harda keçirdiyinizi nəzərə alaraq, müsbət və ya mənfi cəhətlərdən danışmağın mənası qalmır. Bu fərq artıq yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO