COP29

"Avropa Liqasına təsadüfən gəlmədiyimizi göstərəcəyik"

21 İyun 18:00 Zirə 853
"Avropa Liqasına təsadüfən gəlmədiyimizi göstərəcəyik"

"Zirə" Avropa Liqasının ikinci təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq.

"Qartallar"ın yarımmüdafiəçisi Ceyhun Nuriyev Sportinfo.az-a açıqlamasında püşkatma ilə bağlı danışıb.

Milli komandamızın da üzvü olan orta sahə oyunçusu iddialı açıqlaması ilə yadda qalıb:

"Ümumi baxası olsaq, müqayisədə çətin rəqib bizə düşdü. Ad olaraq daha zəif komandalar vardı.

Düzünü desəm, xüsusi olaraq hansısa klubu arzulamırdım.

"Şerif"in zəngin tarixi var. Uzun müddətdir Avropada uğurlu çıxış etməklə yadda qalırlar.

Amma biz də bura təsadüfən gəlmədiyimizi göstərəcəyik. Güclü komandamız var. Düzgün hazırlaşıb, mərhələni keçəcəyik, inşallah".

Komandalar arasında oyunlar iyulun 11-i və 17-i aralığında keçiriləcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO