COP29

"Şerif"in baş məşqçisi “Zirə”dən çəkinir: “Danışmağın mənası yoxdur”

20 İyun 00:30 Zirə 1 266
"Şerif"in baş məşqçisi “Zirə”dən çəkinir: “Danışmağın mənası yoxdur”

"Avropa Liqasında zəif komanda olmur.

“Zirə” püşkatmada bizə düşən ən ciddi rəqiblərdən biridir".

Sportinfo.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Moldova "Şerif"inin baş məşqçisi Yuri Qura yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, “Zirə” çox mütəşəkkil komandadır, öz çempionatında az qol vurur, eyni zamanda, az qol buraxır.

"Rəqib haqqında daha ətraflı məlumat toplayacağıq", - deyə Qura əlavə edib.

"Şerif"in çalışdırıcısı daha sonra deyib:

“Hazırda səfərdə vurulan qollar heç bir rol oynamır. Başqa sözlə, ilk oyunu harada keçirməyimizi nəzərə alsaq, müsbət və ya mənfi cəhətlərdən danışmağın mənası yoxdur".

“Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO