COP29

"Zirə" bu addımları ilə Avropa Liqası üçün ÜMİD VERİR

20 İyun 19:00 Zirə 1 977
"Zirə" bu addımları ilə Avropa Liqası üçün ÜMİD VERİR

Bu mövsüm ölkəmizi Avropa arenasında "Qarabağ"la bərabər, "Zirə", "Sabah" və "Sumqayıt" kollektivləri təmsil edəcək.

Ağdam təmsilçisinin təqdimata ehtiyacı yoxdur. İllərin təcrübəsi hər addımda öz sözünü deyir.

Bəs digər 3 klubumuzda durum necədir?

"Sumqayıt" və "Sabah"da səssizlik hökm sürür.

Amma "Zirə" haqqında bunu demək olmaz.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda yay fasiləsinin ilk günlərindən aktivliyi ilə seçilir.

Komanda rəsmi olaraq Dimitrios Çantakias, Rəhim Sadıxov, Vladislav Kuşaç, İlkin Muradov və Sezar Meza Kolli ilə yollar ayrılıb.

Əvəzində Rüstəm Əhmədzadə və İsmayıl İbrahimli daha bir il "Qarabağ"dan icarəyə götürülüb. Elçin Əlicanovla Aydın Bayramov və David Volkov transfer edilib.

Qeyri-rəsmi olaraq isə "Kəpəz"dən Junior Martinslə "Səbail"dən Aleksandr Ramalinqomla razılıq əldə olunub.

"Qartallar" hətta braziliyalı üçün bölgə klubuna 100 min manat təzminat da ödəyib.

Yay təlim-məşq toplanışının planını açıqlayan ilk klub da "Zirə" oldu.

Türkiyənin Bolu şəhərindən baş tutacaq və 14 iyun - 4 iyul tarixlərini əhatə edəcək toplanışda 3 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

Heyətin erkən formalaşması, transferlə üçün əlavə xərcin çəkilməsi, birbaşa Türkiyə toplanışına yollanmaq planı qarşıya ciddi hədəflərin qoyulmasından xəbər verir.

Qısası, paytaxt təmsilçisi avrokuboklara çox ciddi hazırlaşır.

Ümid edək ki, bu dəfə düşəcək rəqibin adından, gücündən asılı olmayaraq "Zirə" mərhələlər keçərək bizi sevindirməklə bərabər çəkilən əziyyətin də qarşılığını vermiş olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO