Premyer Liqanın 28-ci turunun gərgin keçən oyunlarından biri Masazırda baş tutub.
Burada "Sabah" "Zirə"ni qonaq edib.
Maraqlı mübarizə şəraitində keçən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 0:1.
Matçdakı yeganə qolu 25-ci dəqiqədə Ruan Renato vurub.
Braziliyalı komandasına 3 xalı gətirən qolu vurandan sonra birbaşa baş məşqçi Rəşad Sadıqovun yanına gedib.
Təcrübəli müdafiəçi Sportinfo.az-a açıqlamasında atdığı addımı belə əsaslandırıb:
"O, çətin məqamlarda bizə dəstək olur. Hətta uğursuz seriyamız olanda belə bizi tənqid etməmişdi.
Hər zaman bizə dəstək olur. Qolu vuranda hiss etdim ki, sevincimi onunla bölüşməyə dəyər. Bu, bütün komanda yoldaşlarım adından ona təşəkkür idi".
XANOĞLAN