COP29

Rəşad Sadıqov: “İki futbolçu götürmək istəyirdik, alınmadı” - VİDEO

16 Sentyabr 2023 01:10 Zirə 510
Rəşad Sadıqov: “İki futbolçu götürmək istəyirdik, alınmadı” - VİDEO

“İlk növbədə göstərdikləri əzmkarlığa görə futbolçularıma təşəkkür etmək istəyirəm.

Azlıqda qalmağımıza baxmayaraq, göstərdikləri mübarizliyə görə onları bağrıma basıram.

Bu cür qələbə qazanmaq sevindiricidir, qürurvericidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 6-cı turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonmra deyib.

Hakimlik barədə danışmaq istəməyən R.Sadıqov transfer pəncərəsi bağlanana kimi 2 keçid üzərində çalışdıqlarını söyləyib: “Transfer pəncərəsi bağlanana qədər danışıq apardığımız oyunçular var idi. İki futbolçu götürmək istəyirdik. Təəssüf ki, alınmadı. Arıtq qış fasiləsini gözləməliyik. Geridə qalan müddətdə hazırkı heyətdən razıyam. Amma yenə də hər komanda heyətini daha da gücləndirmək istəyir”.

Mütəxəssis gücləndirmək istədiyi mövqeləri də açıqlayıb: “Bir hücumameyilli oyunçu transfer etmək istəyirdik. Hər iki cinahda, eləcə də hücumçu kimi oynamaq bacarığı olan. Eləcə də mərkəz müdafiəçisi ilə güclənmək istəyirdik. Çünki hazırda heyətimizdə 3 stopper var. Zədə, cəza olsa, problemlə üzləşə bilərik. Məşqçi işi belədir. Hər şey sən istəyən kimi gedə bilməz. Sənin boynuna düşən şəraitə uyğun ən yaxşısını etməkdir”.

R.Sadıqov Dimitrios Çantakiasın bugünkü matçda ehtiyatda qalmasını zəif oyunla əlaqələndirməyib: “Çantakias bu mövsüm çox yaxşı performans sərgiləyir. Ən çox oynayanlardan biridir. O da, Qismət Alıyev də “Zirə”də 100 oyun həddinə çatıblar. Hər ikisini təbrik edirəm. Hazırkı məqamda sərəncamımdakı hər 3 stopper mənim üçün əsas oyunçudur. Sadəcə bu gün rotasiya elədik. Çantakiasın bu gün ehtiyatda qalması zəif oyunla bağlı deyil. Digər tərəfdən də 3 sarı vərəqəsi var idi deyə qərara gəldik ki, bu gün ehtiyatda yer alsın”.

Rəşad Sadıqov “Sumqayıt”la matçda yenidən heyətə qaytardığı İlkin Muradovun çıxışını müsbət qiymətləndirib: “İlkində bəzən ərköyünlük olur. Bunlar olmadığı halda planlarımıza uyğun meydanda yer alacaq. Bu, 15 əqiqədə də ola bilər, 90 dəqiqədə də. Bu gün yaxşı oyun sərgilədi. Məşqləri yaxşı edirdi. Aramızda xırda problemlər var idi, onları da yoluna qoyduq”.

Mütəxəssis hər mövsüm “Zirə”yə müəyyən təzyiqlər olması barədə fikrə belə münasibət bildirib: “İşlər yaxşı gedəndə müəyyən təzyiq hiss edirik. Amma hansısa qərəz olduğuna inanmıram. Bu il hakimlərimizin permormansı çox yaxşıdır. Bəlkə də mən məşqçi işlədiyim dövrdə ən yaxşı başladıqları mövsümdür. Ola bilər gələcəkdə də səhv olacaq. Bugünkü qırmızı vərəqə epizoduna baxmamışam. Bu barədə dəqiq bir söz deyə bilmərəm”.

R.Sadıqov bu mövsüm hakimlərin üzərinə böyük yük düşdüyünü vurğulayıb: “Bu mövsüm çox gərgin mübarizə gedir. Komandaların hər biri çox istəklidir. Ötən illə müqayisədə komandaların hamısı inkişaf edib. Ona görə də hakimlər gərək minimum səhv etsinlər. Daha əvvəl də demişəm, bu mövsüm hakimlərin üzərinə çox böyük yük düşür”.

Digər Xəbərlər
Xəbər Lenti