COP29

"Şerif"in baş məşqçisi "Zirə"dən danışdı: “Həyəcan var, amma istəyimiz böyükdür”

10 İyul 16:20 Zirə 1 245
"Şerif"in baş məşqçisi "Zirə"dən danışdı: “Həyəcan var, amma istəyimiz böyükdür”

"Qarşıdakı matç komandamız üçün ciddi sınaqdır".

Sportinfo.az xəbər verir ki, bunu "Şerif"in baş məşqçisi Yuri Qura Moldovada "Zirə"yə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis rəqiblərinin səviyyəli kollektiv olduğunu söyləyib:

"Psixoloji cəhətdən hazır olmaq lazımdır. Sabah meydanda əlimizdən gələni edəcəyik.

Bu, baş məşqçi kimi ilk avrokubok qarşılaşmamdır. Bu səbəbdən müsbət nəticəyə ümid edirəm.

Əlbəttə, həyəcan var. Amma istəyimiz böyükdür. Meydanda bacarığımızı göstərməliyik".

"Şerif" və "Zirə" arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq.

Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena"da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu