Avrokuboklarda uğurlu mövsüm keçirmiş «Zirə» növbəti transferini həyata keçirib.
Qəsəbə təmsilçisi “Neftçi”dən tanıdığımız Yusuf Lavalla anlaşıb.
«Qartallar» nigeriyalı hücumameylli yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.
26 yaşlı afrikalı 2020-ci ilin yayında 3 il oynadığı “Lokeren”dən (Belçika) “Neftçi”yə azad agent kimi keçib. Burada 7000 dollar əməkhaqqı alıb.
2023-cü ilin yanvarında isə “Arouka”ya yollanıb. Portuqaliya klubu bu transferin qarşılığında bakılılara 25 min dollar təzminat ödəyib.
Yeni ölkədə 26 matçda cəmi 293 dəqiqə meydanda olan Laval bundan narazı qalıb. Odur ki, “Arouka” rəhbərliyinə müraciət edərək, 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
SPORTİNFO.AZ