COP29

Rəşad Sadıqov və komandası Azərbaycana bu sevinci yaşatdı - VİDEO

16 Avqust 02:10 Zirə 1 059
Rəşad Sadıqov və komandası Azərbaycana bu sevinci yaşatdı - VİDEO

"Zirə" Konfrans Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.

Qonaqlardan 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib.

81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-offa yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…