COP29

“Zirə” bunu ilk dəfə etdi - Azərbaycan 8 ildən sonra...

16 Avqust 01:50 Zirə 633
“Zirə” bunu ilk dəfə etdi - Azərbaycan 8 ildən sonra...

“Zirə”tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası bu gün “Osiyek”ə (Xorvatiya) qarşı görüşdə rəqibi üstələyib.

Bu komandaların ilk matçı 1:1, Bakıdakı cavab qarşılaşmasının əsas və əlavə vaxtı isə 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini məğlub edən (2:1) “Zirə” növbəti mərhələyə adlayıb.

Beləliklə, bu mövsüm Avropa kuboklarının pley-off mərhələsində Azərbaycanın 2 klubu yarışacaq. “Zirə” KL-də, “Qarabağ” isə Çempionlar Liqasının təsnifat mərhələsinin sonuncu - 4-cü raundunda oynaya biləcək.

“Zirə” Omoniya" (Kipr), “Qarabağ” isə “Dinamo” (Xorvatiya) üz-üzə gələcək.

Son dəfə Azərbaycanın 2 klubu avrokubokların pley-off mərhələsində 2016/17 mövsümündə çıxış edib.

2016-cı ilin yayında “Qarabağ” və “Qəbələ” əvvəlcə Avropa Liqasının pley-off, sonra isə qrup mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…