COP29

“6:0 mənim üçün gözləmədiyim bir şey deyildi”

31 Avqust 08:30 Zirə 752
“6:0 mənim üçün gözləmədiyim bir şey deyildi”

“Düşünürəm ki, ilk oyunda xüsusi bir şey etmədik.

Sadəcə, məşqdə etdiklərimizi oyunda təkrarladıq və qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Omoniya"nın (Kipr) futbolçusu Alfa Dionku deyib.

Seneqalllı müdafiəçi Konfrans Liqasının pley-off mərhələsinin "Zirə" ilə matçları haqda danışıb.

Afrikalı legioner Kiprdə 6:0 hesabı ilə qalib gəlmələrinin onun üçün gözlənilməz olmadığını bildirib:

"Komanda yoldaşlarımın nəyə qadir olduğunu bilirdim. "Zirə"dən əvvəlki oyunlarda da bunu göstərmişdik.

Mənim üçün gözləmədiyim bir şey deyildi. Əvvəlki oyunlarda da o qədər qol şanslarımız olub, eyni üstünlüklə çıxış etmişik.

"Zirə" ilə görüşdə bütün şanslarından yararlandıq".

Digər Xəbərlər
Xəbər Lenti