![“Qarabağ”ın “ev”ini yıxanların adını efirdə AÇIQLADI - VİDEO](https://www.sportinfo.az/media/2025/02/09/475776182_1034200722038022_8150576395297593055_n.jpg)
"Mən həmişə demişəm ki, "Zirə"nin ən önəmli fiqurlarından biri İssa Cibriladır".
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Zirə"nin Premyer Liqanın ötən turunda "Qarabağ" üzərində qazandığı əzmkar ev qələbəsini dəyərləndirib.
Bildirib ki, "qartallar" ilk hissədə iki top fərqiylə hesabda geri düşsə də, fasilədən sonra əla geridönüş etməyi bacarıb və bunda Salif Suma ilə yanaşı, İssa Cibralın böyük xidməti var.
Tanınmış teleşərhçi afrikalı cütlüyün matçın gedişatını necə dəyişmələrini epizodlar üzərindən izah edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN