![Azərbaycan klubu "Zenit"in yetirməsi ilə vidalaşdı - SON DƏQİQƏ](https://www.sportinfo.az/media/2025/02/09/2838737373636363.jpg)
«Zirə»də ikinci ayrılıq qeydə alınıb.
Abbas İbrahimi bir müddət əvvəl «qartallar»ın düşərgəsindən yola salınmışdısa, bu dəfə İlqar Alekperov onlarla vidalaşıb.
Ötən ilin avqustunda qəsəbə təmsilçisinə keçən dayaq yarımmüdafiəçisi ilə ilyarımlıq müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
«Zenit»in yetirməsi olan 23 yaşlı oyunçu burada özünü göstərə bilmədiyi üçün getməyi lazım bilib.
2021-ci ildə «Nefteximik Nijnekamsk»dan «Sabah»a gəlmiş gənclər yığmasının sabiq üzvünün ötən mövsümün ikinci yarısını «Araz-Naxçıvan»da keçirməsini də xatırladaq.
SPORTİNFO.AZ