"Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas çempionatın açılış turunda “Etnikos Axna” üzərində qazanılan qələbəni (3:0) şərh edib.
Sportinfo.az xəbər verir ki, “Kerkida”ya danışan litvalı mütəxəssis həmçinin Konfrans Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin "Zirə" ilə görüşlərinə də toxunub:
"Bir neçə gün əvvəl "Zirə" ilə oyunda çox enerji sərf etmişdik. Sürətli oynamaq və üstün olmaq istəyirik.
“Etnikos”la görüşdə ehtiyacı olan futbolçulara fiziki formalarını yaxşılaşdırmaq üçün vaxt verdik.
Ən əsası odur ki, üç xal qazandıq. Biz isə Azərbaycana işi başa çatdırmaq üçün gedirik".
“Zirə” ilk matçda “Omoniya”ya 0:6 uduzub. Cavab qarşılaşması avqustun 29-da keçiriləcək.