COP29

Rəşad Sadıqov sabah Slovakiyada jurnalistlər önünə çıxacaq

30 İyul 08:40 Zirə 762
Rəşad Sadıqov sabah Slovakiyada jurnalistlər önünə çıxacaq

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının II təsnifat mərhələsinin "DAK 1904" (Slovakiya) ilə oyunundan əvvəl mətbuat konfransında iştirak edəcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sadıqov oyundan bir gün əvvəl slovakiyalı jurnalistlər önünə çıxacaq.

Onun mətbuat konfransı iyulun 31-də Bakı vaxtı ilə 20:00-da başlayacaq. "Zirə"nin oyunöncəsi son məşqi isə 20:30-da start götürəcək.

"Zirə" ilk görüşdə "DAK 1904" klubunu 4:0 məğlub edib. Cavab oyunu avqustun 1-də "MOL Arena"da keçiriləcək və görüşün başlama saatı 22:30-dur.

Digər Xəbərlər
Xəbər Lenti