COP29

Rəşad Sadıqov: "Müəyyən problemlər yaşayırıq” - VİDEO

11 İyul 00:30 Zirə 916
Rəşad Sadıqov: "Müəyyən problemlər yaşayırıq” - VİDEO

"Zirə" Avropa Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şerif"in qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib:

"Olduqca vacib oyuna gəlmişik. Düşünürəm ki, matça yaxşı hazırlaşa bilmişik.

Rəqib ev oyununda ilk dəqiqələrdən üzərimizdə təzyiq yaratmağa çalışacaq. Komandam buna hazırdır.

Rəqibi təhlil etmək baxımından müəyyən problemlər yaşayırıq. Çünki, "Şerif"in heyətində çoxlu yeni oyunçu var.

Sabah hər iki komanda ilk dəqiqələrdən bir-birinə uyğunlaşmalıdır. Azarkeşlər üçün maraqlı oyun olacaq".

"Şerif" - "Zirə" qarşılaşması bu gün Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu