COP29

Premyer Liqanın iddialı iştirakçısından MARAQLI PUL BÖLGÜSÜ

14:00 Zirə 1 213
Premyer Liqanın iddialı iştirakçısından MARAQLI PUL BÖLGÜSÜ

«Zirə»də yeni mükafatlandırma sistemi tətbiq olunub.

Avrokuboklarda uğurlu mövsüm keçirən «qartallar» iki kateqoriyalı bölgü aparıb.

Buna əsasən, prinsip belədir: qəsəbə təmsilçisi medallar uğrunda mübarizə aparan rəqiblər üzərində hər qələbəyə görə 2500 manat mükafat alacaq.

Yalnız «Qarabağ»la qarşılaşmalarda əldə olunacaq müsbət nəticənin maddi qarşılığı fərqləndiriləcək. Belədə mükafatın məbləği 3000 manatı keçəcək.

Premyer Liqada qalmaq savaşı verən komandalarla duellər də yaddan çıxarılmayıb. Zirəlilər bu matçlarda qazanacağı hər 3 xala görə 2000 manat irəli düşəcək.

Liqanın gümüş medalçısı cari mövsüm 5 oyun keçirib və 9 xal toplayıb. «Zirə» bu göstərici ilə turnir cədvəlində beşincidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"