
“Zirə” ilə 1+1 illik yeni müqavilə imzalayan Stefan Akanın qazancı artıb.
Kot-d'İvuardan olan müdafiəçi bundan sonra 10000 dollar civarında əməkhaqqı alacaq.
2023-cü ildən qəsəbə təmsilçisinin formasını geyinən afrikalının əvvəlki məvacibinin 8000-8500 dolları ötmədiyini bildirək
34 yaşlı mərkəz oyunçusu karyerası ərzində İtaliyanın “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitatya Krayova 1948”, “Unversitatya Krayova”, Türkiyənin “'Ərzurumspor”, İsrailin “Kiryat Şimona”, “Ness Ziona” klublarının şərəfini qoruyub.
SPORTİNFO.AZ