COP29

“Bakı”nın sabiq kapitanı “Şerif“ə görə sevindi, Rəşad Sadıqova uğurlar arzuladı

23 İyul 02:20 Zirə 1 600
“Bakı”nın sabiq kapitanı “Şerif“ə görə sevindi, Rəşad Sadıqova uğurlar arzuladı

Moldova millisinin keçmiş müdafiəçisi, “Bakı”nın sabiq kapitanı Aleksey Savinov sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” və “Şerif” klubları arasında keçirilmiş cavab görüşü barədə danışıb.

Onun fikrincə, Moldova klubu da "Zirə" ilə eyni gücdədir:

"İkinci oyundan sonra fikrim dəyişmədi. İki bərabər rəqib qarşılaşdı.

“Zirə” özünü yaxşı təşkilatlanmış, güclü komanda kimi göstərdi. “Şerif” əzmkarlıq nümayiş etdirərək ikinci hissədə iki qol vurdu.

Təbii ki, “Zirə” üçün 80 dəqiqə azlıqda oynamaq çox çətin idi. Amma bu futboldur, belə şeylər olur. Penalti isə artıq lotereyadır.

Sevinirəm ki, hər üç Moldova komandası növbəti mərhələyə adlayıb. Mən isə “Zirə” və Rəşad Sadıqova uğurlar arzulayıram.

Əminəm ki, onlar daha çox şeyə qadirdirlər.Təbii ki, tam heyətlə "Zirə" üçün daha asan olardı.

Amma bu o demək deyil ki, “Şerif” qol vura bilməyəcəkdi. İki bərabər səviyyəli rəqiblər qarşılaşdı və hər ikisi qalib gələ bilərdi.

Hakimliyə şərh verməyəcəyəm. Bu, mübahisəli və subyektiv məqamdır".

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?