COP29

Rəşad Sadıqov 1 gündə iki yer dəyişəcək – Kimin sualı var?

23 İyul 01:10 Zirə 1 573
Rəşad Sadıqov 1 gündə iki yer dəyişəcək – Kimin sualı var?

Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov iyulun 24-də "Dalğa Arena"da jurnalistlərin suallarını cavablandıracaq.

Bakı klubunun media üçün açıq məşqi isə "Qarabağ Arena"da, saat 19:00-da başlayacaq.

Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyosun mətbuat konfransı iyulun 24-də, saat 19:00-da "Dalğa Arena"da gerçəkləşəcək. Komandanın media üçün açıq məşqi isə 20:00-a planlaşdırılıb.

Hər iki komandanın məşq prosesinin yalnız ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Komandalar arasında ilk matç iyulun 25-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?