Azərbaycan milli komandasının voleybolçusu Marqarita Stepaneko karyerasını İsraildə davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı voleybolçu "Makkabi" (Aşdod) ilə anlaşıb.
Stepanenko son olaraq Macarıstanın "Bekeşçaba” klubunda oynayırdı.
O, bu klubun heyətində ölkə çempionatında bürünc medal qazanıb.