COP29

Azərbaycan millisinin oyunçusu: “Səhvlər biz mane oldu”

25 Avqust 02:50 Voleybol 995
Azərbaycan millisinin oyunçusu: “Səhvlər biz mane oldu”

"Çox səhvlər etdik və bu, daha yaxşı nəticə göstərməyimizə mane oldu".

Sportinfo.az xəbər verir ki, bunu Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycanın kişilərdən ibarət yığmasının blokçusu Ramazan Ağabəyov Avropa çempionatının təsnifat mərhələsində keçirilən Avstriya ilə oyun barədə danışarkən deyib.

O, istədikləri kimi oynaya bilmədiklərini vurğulayıb:

“Təsnifat mərhələsində ilk matçımız səfərdə Avstriya komandasına qarşı oldu. Oyunumuz istədiyimiz kimi alınmadı.

Rəqibin heyətində təcrübəli voleybolçular çox idi və onlar görüşün həlledici anlarında komandalarına kömək etdilər.

İlk hissədən fərqli olaraq ikinci setə daha yaxşı başlayaraq təşəbbüsü ələ aldıq və hesabda irəli keçdik. Amma təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik".

Ramazan Ağabəyov növbəti qarşılaşmada qalib gəlmək istədiklərini söyləyib:

"Növbəti oyunumuz Bakıda Belçika yığmasına qarşı olacaq. Belçika bizə tanış komandadır. Avstriya ilə matçdan sonra məşqlərdə səhvlərimiz üzərində də işləyirik.

Azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərib, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

AVRO-2026-nın təsnifat mərhələsinin B qrupunda mübarizə aparan yığma səfərdə keçirdiyi ilk oyunda Avstriyaya 0:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti